Sentyabrın 11-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 17-20° isti, gündüz 25-28° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət gcə 70-75 %, gündüz 40-50 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün ikinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19° isti, gündüz 26-31° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacaq.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:49 / 10.09.2026
Sabahın havası: Yağış yağacaq, şimşək çaxacaq
Hazırda oxunan: Sabahın havası: Yağış yağacaq, şimşək çaxacaq
Hazırda oxunan: Sabahın havası: Yağış yağacaq, şimşək çaxacaq
635857
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































