Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondları ləğv ediləcək.
Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Fərmanında əksini tapıb.
Fərmana əsasən, Maliyyə Nazirliyi Azərbaycan Respublikası dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının ləğv edilməsi və həmin fondların mədaxil mənbələrindən istifadə olunması barədə təklifini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:25 / 10.09.2026
Məqsədli büdcə fondları LƏĞV EDİLƏCƏK
Hazırda oxunan: Məqsədli büdcə fondları LƏĞV EDİLƏCƏK
Hazırda oxunan: Məqsədli büdcə fondları LƏĞV EDİLƏCƏK
635850
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































