Sabunçuda neft oğurlamaq istəyərkən kəmərdə yanğın törətdilər - DİN - FOTO/VİDEO

Hazırda oxunan: Sabunçuda neft oğurlamaq istəyərkən kəmərdə yanğın törətdilər - DİN - FOTO/VİDEO

634666

Sabunçu rayonu Maştağa qəsəbəsi, Savalan yaşayış massivinin yaxınlığından keçən magistral yeraltı neft kəmərində sentyabrın 2-də gecə saatlarında yanğın baş verib, oğurluğa cəhd olub.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın söndürüldükdən sonra əraziyə baxış zamanı neft kəmərinə qanunsuz müdaxilə məqsədi ilə əlavə avadanlıqların quraşdırıldığı müəyyən edilib.
 

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə neft kəmərinə qanunsuz müdaxilə edərək oradan oğurluğa cəhd göstərməkdə şübhəli bilinən 31 yaşlı Kənan Əliyev və əvvəllər məhkum olunmuş 29 yaşlı Araz Yaqubov müəyyən olunaraq saxlanılıblar.


Qeyd edək ki, yanğın hadisəsinin də məhz bu şəxslərin neft kəmərinə qanunsuz müdaxiləsi səbəbindən baş verdiyi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin