Bakıda məsciddə dini yığıncaq zamanı qaydaları pozan axund cərimələnib.
Bizim.Media Lent.az-a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən "Sədərək" ticarət mərkəzindəki "Rəsullah" məscidində qeydə alınıb.
34 yaşlı Müşviq Rəsulov (şərti adla) həmin məsciddə dini yığıncaqlar və digər mərasimlərin təşkili, eləcə də keçirilməsi qaydalarını pozub. Bu əməlinə görə, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 515.0.2-ci (dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına görə) maddəsilə protokol tərtib olunub.
Məhkəmənin qərarı ilə onun barəsində 1500 manat məbləğində inzibati cərimə cəzası təyin olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:20 / 14.08.2026
Bakıda axund cərimələndi - Səbəb
Hazırda oxunan: Bakıda axund cərimələndi - Səbəb
Hazırda oxunan: Bakıda axund cərimələndi - Səbəb
631183
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































