Şəmkirdə kişi həmyerlisini qətlə yetirdi

Hazırda oxunan: Şəmkirdə kişi həmyerlisini qətlə yetirdi

630842

Şəmkirdə qətl hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Kür qəsəbəsində qeydə alınıb.
 

Belə ki, Kür qəsəbə sakini 1978-ci il təvəllüdlü Ə. Məmmədov aralarında yaranmış mübahisə zamanı həmyerlisi 1971-ci il təvəllüdlü Q. Məmmədov tərəfindən bıçaqlanıb və o, aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.


İlkin məlumata görə hər iki şəxs hadisə vaxtı sərxoş olub.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin