Xaçmazda 3 nəfər saxlanıldı - Divarlara görün nə yazıblar?

Hazırda oxunan: Xaçmazda 3 nəfər saxlanıldı - Divarlara görün nə yazıblar?

630770

Xaçmaz rayonunda divara narkotik vasitələri təbliğ edən yazılar yazan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Bizim.Media-ya bildirilib ki, Xaçmaz rayonunda divarlara narkotik vasitələri təbliğ edən yazılar yazılması ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.
 

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Ə.Əspəndiyev və yetkinlik yaşına çatmayan daha iki nəfər müəyyən edilərək saxlanılıb.


Faktla bağlı araşdırma aparılır. Şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin