Bakının 3 küçəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq

Hazırda oxunan: Bakının 3 küçəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq

630401

Avqustun 11-də Bakının üç küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, Suraxanı rayonunun 14 İyul küçəsində saat 09:00-dan, Xəzər rayonunun Sergey Yesenin küçəsində saat 10:00-dan və Nəsimi rayonunun Əbdülvahab Salamzadə küçəsində saat 18:00-dan etibarən nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Qeyd olunub ki, məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin