Bakı Qızlar Universitetinin bağlanması qəbul planlarına necə təsir edəcək?

Hazırda oxunan: Bakı Qızlar Universitetinin bağlanması qəbul planlarına necə təsir edəcək?

628613

Bakı Qızlar Universitetinin (BQU) fəaliyyətinin dayandırılması xeyli müzakirəyə, suallara səbəb oldu. Universitetin tələbələrinin digər ali təhsil müəssisələrinə ixtisaslarınına uyğun olaraq köçürülməsi nəzərdə tutulsa da, hər il universitetə ayrılan plan yerlərinin necə olacağı maraqlıdır. Universitet bağlandığı üçün bu il ora qəbul aparılmayacaq.

Ümumiyyətlə, hər hansı bir universitetin bağlanması ali təhsil müəssisələrinə qəbulda rəqabətliliyi artıracaq?

Bizim.Media mövzuyla əlaqədar təhsil eksperti Elmin Nurinin fikirlərini öyrənib. O, vurğulayıb ki, ixtisas seçimində iştirak edən abituriyentlərin seçim hüququ çox deyil:

"Ölkədəki 52 universitetin, 7-si xüsusi təyinatlıdır, 10-a yaxını bölgələrdə yerləşir, 11-i isə özəldir. Onlardan biri isə bağlandı. Bakı Qızlar Universitetinə hər il 500-600 plan yeri verilirdi. Ancaq universitet bağlandığı üçün plan yerləri də azalacaq".

Ekspert plan yerlərinin azalmaması üçün təklif irəli sürüb:

"Hər il BQU-ya verilən 500-600 plan yeri digər universitetlər arasında bölünməli, yerlər azalmamalıdır.

Bəs, bu olacaq?

Elmin Nuri universitetin fəaliyyətinin dayandırılmasıının tərəfdarı olmadığını bildirib:
 

"Ümumiyyətlə, hər hansı bir ali təhsil müəssisəsinin bağlanmasının əleyhinəyəm. Çünki ölkədə ali təhsil müəssisələrinin sayı onsuz azdır. Bəli, bizim özəl universitetlərimizin təcrübəsi o qədər də yoxdur. Ən böyük özəl universitetin hələ 35 yaşı var. Bakı Qızlar Universiteti tədris keyfiyyərinə görə geridə olsa da, ali təhsil seqmentinin bir subyekti idi. Başqa yol tapılmalı idi.


Akkreditasiyada ödənməyən şərtlərin aradan qaldırılmasıyla bağlı variatlar nəzərdən keçirilməli idi. Ümumiyyətlə, lisenziyadakı çatışmazlıqlarla bağlı başqa  təkliflər paketi təqdim olundumu? Həmin paketin neçə faizi özünü doğrultdu? Bu gün tədris keyfiyyəti BQU qədər olan başqa universitetlər də var. Bəs onlar da bağlansa, necə olacaq? ", - deyə mütəxəssis fikirlərini bildirib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin