Xaçmazda 86 il əvvəl tikilmiş qəzalı bina yenilənir - FOTO

Hazırda oxunan: Xaçmazda 86 il əvvəl tikilmiş qəzalı bina yenilənir - FOTO

628472

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində 1940-cı ildə inşa olunmuş və hazırda  qəzalı vəziyyətdə olan yaşayış binalarının yerində yeniləri tikilir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin xəttilə tikilən yeni bina iki girişli və dördmərtəbəli olacaq.
 

Ümumilikdə, 33 mənzildən ibarət olaması nəzərdə tutulan binada layihəyə əsasən, sakinlərin müasir tələblərə cavab verən, tam təhlükəsiz yaşayış şəraiti ilə təmin olunması üçün bütün zəruri infrastruktur və kommunikasiya xətlərinin tikilməsi planlaşdırılır. Qeyd edilib ki, bina daha əvvəl burada yaşayan sakinlər üçün tikilir.


Bu gün rayon rəhbərliyi və digər rəhbər şəxslər yeni tikilən çoxmənzilli yaşayış binalarına baxış keçiriblər.

Qeyd edək ki, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına və təhlükəsiz mənzillərlə təmin olunmasına yönəlmiş bu kimi layihələrin icrası dövlət qayğısının növbəti təzahürüdür. Tikinti işlərinin yaxın vaxtlarda yekunlaşdırılması və mənzillərin sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulur.




















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin