Partnyorun ciddi münasibətə hazır olmadığını göstərən 6 əlamət

Hazırda oxunan: Partnyorun ciddi münasibətə hazır olmadığını göstərən 6 əlamət

627447

Hər yeni münasibətdə elə bir məqam gəlir ki, yüngül flirt daha ciddi romantik münasibətə, daha sonra isə ailə həyatına çevrilə bilər. Lakin bəzən bu mərhələlər arasında keçid aylarla uzanır. Cütlükdən biri münasibətin ciddiləşəcəyinə ümid etdiyi halda, digəri buna tələsmir.

Bizim.Media xəbər verir ki, partnyorun ciddi münasibətə hazır olmaması inciklik və çaşqınlıq yarada bilər.

Bir çox cütlük bu səbəbdən ayrılır. Lakin psixoloqlar tələsik nəticə çıxarmamağı tövsiyə edirlər. Sevdiyiniz insan ciddi addımlar atmırsa, bu, hər zaman sizə qarşı laqeyd olduğu anlamına gəlmir. Ola bilər ki, o, münasibətlərdə qərar verməkdə çətinlik çəkir.

Partnyorun ciddi münasibətə hazır olmadığını necə anlamaq olar?

“Psychology Today” nəşrinin yazdığına görə, bəzi insanlar münasibətlərlə bağlı qərar qəbul etməkdə digərlərindən daha çox çətinlik çəkirlər. Bunun səbəbləri və qərarsızlığın əlamətləri barədə Kyoto Universitetinin alimləri araşdırma aparıblar.

Tədqiqatda bildirilir ki, bəzi insanlar üçün qərar verməkdə çətinlik şəxsiyyət xüsusiyyəti ola bilər. Bəzən bu xüsusiyyət insanın böyüdüyü mədəni mühitlə də əlaqələndirilir.

Psixoloqlar "münasibət mobilliyi" (relational mobility) anlayışını izah edirlər. Bu göstərici insanların yeni münasibətlər qurmaq və köhnələrini bitirmək imkanlarının nə dərəcədə asan olduğunu ifadə edir.
 

Məsələn, ABŞ kimi ölkələrdə bu göstərici yüksək hesab olunur. İnsanlar daha tez münasibət qurur və zərurət yarandıqda onları daha asan bitirirlər. Yaponiya kimi ölkələrdə isə münasibət mobilliyi aşağıdır. İnsanlar uzun illər eyni sosial çevrədə qalmağa və onu dəyişməməyə meyllidirlər.


Bu xüsusiyyət yalnız mədəniyyətlə deyil, insanın fərdi xüsusiyyətləri ilə də bağlıdır. Buna görə də ciddi münasibətdən çəkinən şəxslərdə münasibət mobilliyi aşağı ola bilər ki, bu da şəxsi həyata təsir göstərir.

Bundan əlavə, bəzi insanlar rədd edilməyə qarşı daha həssas olurlar. Onlar düşünürlər ki, gec-tez partnyorlarından mənfi cavab alacaqlar. Bu səbəbdən ciddi addımlar atmaqdan çəkinir, mümkün ayrılıq barədə narahatlıq keçirirlər.

Psixoloqların qeyd etdiyi 6 əlamət

* Münasibətin gələcəyi ilə bağlı qərar verərkən güclü narahatlıq hiss edirsiniz.

* Həyatınızda nəyisə dəyişməyə qərar vermək sizin üçün çətin olur.

* Qərar qəbul etdikdən sonra belə onun düzgün olub-olmadığını düşünməyə davam edirsiniz.

* Hətta xırda məsələlər barədə qərar vermək sizdən çox vaxt aparır.

* Münasibətlərdə əslində nə istədiyinizi müəyyənləşdirməkdə çətinlik çəkirsiniz.

* Qərarsızlıq səbəbindən ciddi addımları davamlı olaraq təxirə salırsınız.

Araşdırmada qeyd olunur ki, bu əlamətlərdən ən azı dördü sizə və ya partnyorunuza aiddirsə, bu, münasibətlərdə yüksək qərarsızlıq göstəricisi hesab oluna bilər.
 

Tədqiqat müəlliflərinin fikrincə, belə insanlar rədd edilmək qorxusu, mədəni xüsusiyyətlər və ya ailə tərbiyəsi səbəbindən ciddi öhdəlik götürməkdən çəkinə bilərlər. Bəzi ailələrdə tez münasibət qurmaq və tez-tez boşanmaq mənfi qarşılanır. Belə mühitdə böyüyən insanlar öhdəlik götürdükdən sonra geri çəkilməyin yolverilməz olduğuna inanırlar. Bu da onların ciddi qərar verməsini çətinləşdirə bilər.


Psixoloqlar bildirirlər ki, əgər partnyorunuz ciddi münasibətə hazır deyilsə, lakin siz gözləməyə hazırsınızsa, ona qərar verməsi üçün vaxt vermək mümkündür. Münasibət mobilliyi aşağı olan insanlar bəzən sadəcə daha çox zamana ehtiyac duyurlar.

Bununla yanaşı, “Psychology Today” ekspertləri vurğulayırlar ki, sizin də ciddi münasibətlə bağlı gözləntiləriniz hörmətə layiqdir.

Siz partnyorun nə vaxtsa qərar verəcəyini qeyri-müəyyən müddət gözləməyə məcbur deyilsiniz. Əgər qarşınızdakı insan sizə ehtiyac duyduğunuz münasibəti təklif edə bilmirsə, münasibəti bitirmək qərarı vermək hüququnuz var. (Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin