Toy karvanında xuliqanlıq edən sürücülər saxlanıldı – VİDEO

Hazırda oxunan: Toy karvanında xuliqanlıq edən sürücülər saxlanıldı – VİDEO

627364

Gədəbəy rayonunda toy karvanı zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər polis tərəfindən aşkarlanıblar.

Bizim.Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Gəncə Regional Qrupunun yaydığı məlumata görə, keçirilən nəzarət-profilaktik tədbirlər çərçivəsində digər hərəkət iştirakçılarının təhlükəsizliyini təhlükə altına atan, piyadalar üçün risk yaradan və ictimai narazılığa səbəb olan avtomobil sürücüləri müəyyən ediliblər.

Qaydaları pozan nəqliyyat vasitələri mühafizə olunan duracağa aparılıb. Sürücülərlə maarifləndirici söhbətlər aparılıb, onlara yol hərəkəti qaydalarına əməl etməyin vacibliyi izah olunub. Həmçinin qanunvericiliyin tələblərinə uyğun olaraq barələrində inzibati tədbirlər görülüb.

Məlumata görə, sözügedən qayda pozuntuları toy karvanı zamanı qeydə alınıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin