Birinin 14, digərinin 13 il həbsi tələb edildi

Hazırda oxunan: Birinin 14, digərinin 13 il həbsi tələb edildi

627220

Hüquq müdafiəçisi Anar Məmmədli və ictimai fəal Anar Abdullanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham nitqi ilə çıxış edib.
 

Prokuror təqsirləndirilən şəxslərin cinayət yolu ilə qazanılmış pulların leqallaşdırılmasında, qanunsuz sahibkarlıq, xüsusilə külli miqdarda qaçaqmalçılıq, vergiləri ödəməkdən yayınma və rəsmi sənədləri saxtakarlaşdırmaqda təqsirli bilinmələrini, Anar Məmmədlinin 14, Anar Abdullanın isə 13 il azadlıqdan məhrum edilməsini tələb edib.


Vəkillərə müdafiə çıxışına hazırlanmaları üçün vaxt verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin