Şimal mediası bir araya gəldi – FOTO

Hazırda oxunan: Şimal mediası bir araya gəldi – FOTO

626877

Milli Mətbuat Günü münasibətilə Azərbaycanın şimal bölgəsində – Xaçmaz və Quba rayonlarında media nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

Xaçmaz rayonunda təşkil olunan tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Anar Oruclu bölgədə fəaliyyət göstərən jurnalistləri və media əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib. O, milli mətbuatın cəmiyyətin inkişafındakı mühüm rolundan danışaraq, jurnalistlərin operativ və obyektiv informasiya çatdırılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirib.
 

Qubada keçirilən tədbir isə Media Şəhidləri Parkında başlayıb. Rayonun media nümayəndələri və rəsmi şəxslər peşə borcunu yerinə yetirərkən şəhid olan jurnalistlərin xatirəsinə ucaldılmış abidə-kompleksini ziyarət edib, önünə gül dəstələri qoyaraq onların əziz xatirəsini ehtiramla yad ediblər.


Daha sonra Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov çıxış edərək Milli Mətbuat Gününün əhəmiyyətindən bəhs edib. O bildirib ki, Qubada media ənənələri uğurla davam etdirilir, yerli jurnalistlər rayonun ictimai-siyasi, sosial və mədəni həyatının işıqlandırılmasında mühüm rol oynayırlar.

Tədbirin sonunda iştirakçılar üçün musiqi proqramı təşkil olunub, yerli ifaçıların təqdim etdiyi konsert proqramı bayram əhval-ruhiyyəsi yaradıb.





















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin