Ezamiyyə vəsiqələri artıq elektron üsulla veriləcək

Hazırda oxunan: Ezamiyyə vəsiqələri artıq elektron üsulla veriləcək

626643

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) işəgötürənlər üçün ezamiyyə vəsiqələrinin elektron qaydada tərtibinə imkan verən yeni funksionallıq istifadəyə verilib.

Bizim.Media xəbər verir ki, ƏƏSMN-nin rəsmi saytında yer alan məlumata görə, ƏMAS-da yeni yaradılan "Ezamiyyə vəsiqələri" bölməsi vasitəsilə artıq işəgötürənlər əməkdaşların ezamiyyələrinin rəsmiləşdirilməsi prosesini tam elektron qaydada həyata keçirə biləcəklər.
 

"Bu yenilik sənədləşmə prosesini sadələşdirməklə məlumatların vahid elektron mühitdə təhlükəsiz saxlanılmasını təmin edir və proseslərin daha operativ icrasına şərait yaradır", - məlumatda bildirilir.


Qeyd edilib ki, yeni funksionallıq, eyni zamanda, işəgötürənlərin inzibati yükünün azaldılmasına, sənəd dövriyyəsi sürətləndirilməsinə və əmək münasibətlərinin rəqəmsal idarə olunmasının daha da təkmilləşdirilməsinə xidmət edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin