22 iyul – Milli Mətbuat Günü münasibətilə Şabran Rayon İcra Hakimiyyətində bölgədə fəaliyyət göstərən media nümayəndələri ilə görüş keçirilib.
Bizim.Media xəbər verir ki, bu, Şabran rayonunda jurnalistlərlə yeni rəhbərlik səviyyəsində keçirilən ilk görüş olub.
Görüşü giriş sözü ilə açan Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov ölkədə medianın inkişafına göstərilən diqqət və qayğıdan, eləcə də Prezident İlham Əliyevin media nümayəndələri ilə sıx əməkdaşlıq və ünsiyyətindən danışıb.
Tədbirdə çıxış edən media nümayəndələri – İctimai TV-nin Şimal bölgəsi üzrə müxbiri Ramiz Ramazanov və Bizim.Media-nın Şimal bölgəsi üzrə müxbiri Aytəkin Alxaslı göstərilən diqqət və xoş münasibətə görə rayon rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Görüşün sonunda Milli Mətbuat Günü münasibətilə media nümayəndələri Şabran Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və hədiyyələrlə təltif olunublar. Təltif edilənlər sırasında Bizim.Media-nın əməkdaşı Aytəkin Alxaslı da yer alıb.





Bizim.Media































































































