Kəlbəcər rayonunda sursat partlayışı baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Məlumata görə, işğaldan azad edilmiş Kəlbəcər rayonunun Zəylik kəndi ərazisində 2026-cı il 21 iyul tarixində sursat partlayışı hadisəsi baş verib.
1987-ci il təvəllüdlü Qazax rayon sakini İsgəndərov Sərxan Ələsgər oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən sursat partlayışı nəticəsində xəsarət alıb.
Faktla bağlı Kəlbəcər rayon prokurorluğunda araşdırma aparılır.
Baş Prokurorluq, DİN və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:56 / 21.07.2026
Kəlbəcərdə mina partlayışı – Xəsarət ALAN VAR
Hazırda oxunan: Kəlbəcərdə mina partlayışı – Xəsarət ALAN VAR
Hazırda oxunan: Kəlbəcərdə mina partlayışı – Xəsarət ALAN VAR
626606
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































