Ayın sonuna qədər 4 bürc hamının diqqətini özünə cəlb edəcək

Hazırda oxunan: Ayın sonuna qədər 4 bürc hamının diqqətini özünə cəlb edəcək

626605

İyulun son günlərinə qədər bəzi bürclər üçün olduqca uğurlu və diqqətçəkən dövr başlayır. 

Bizim.Media xəbər verir ki, astroloqların fikrincə, Veneranın Qız bürcündə hərəkəti dörd bürcün xarizmasını, özünəinamını və cazibəsini artıracaq.

Bu müddətdə onlar həm şəxsi münasibətlərdə, həm də sosial mühitdə daha çox diqqət görəcəklər.

Qız

Qız bürcü nümayəndələri uzun müddətdir üzərində çalışdıqları dəyişikliklərin nəticəsini görməyə başlayacaqlar. Onların özünəinamı artacaq, xarici görünüşündə və davranışında hiss olunan müsbət yeniliklər ətrafdakıların diqqətindən yayınmayacaq. İltifatlar və xoş münasibət bu dövrdə daha da çoxala bilər.

Buğa

Buğalar üçün romantik enerjinin gücləndiyi bir mərhələ başlayır. Kiçik imic dəyişiklikləri belə onların cazibəsini artıracaq. Xüsusilə sevgi həyatında yenilik gözləyən Buğalar gözlənilməz tanışlıqlar və maraqlı təkliflərlə qarşılaşa bilərlər. Ətrafdakılar onlara əvvəlkindən fərqli gözlə baxmağa başlayacaq.

Oğlaq

Oğlaq bürcü nümayəndələri özlərinə daha çox vaxt ayırdıqları halda bunun müsbət nəticəsini qısa müddətdə hiss edəcəklər. Həyat tərzində və görünüşdə edilən yeniliklər onların cazibəsini artıracaq. Vaxtilə onları lazımi qədər qiymətləndirməyən insanlar belə fikirlərini dəyişə bilər.

Balıqlar

Balıqlar bu dövrdə təbii cazibələri ilə seçiləcəklər. Onlar xüsusi səy göstərmədən insanların diqqətini çəkəcək, daha çox iltifat alacaq və yeni ünsiyyət imkanları qazanacaqlar. Sosial şəbəkələrdə aktivliyin artması, gözlənilməz mesajlar və keçmişdən gələn əlaqələr də istisna deyil. Astroloqlar isə keçmiş münasibətlərə qayıtmazdan əvvəl hər şeyi diqqətlə dəyərləndirməyi tövsiyə edirlər. (Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin