DİN-in Baş Dövlət yol Polisi İdarəsi dünən Salyanda 4 nəfərin öldüyü yol qəzası barədə məlumat yayıb.
İdarədən Bizim.Media-ya verilən xəbərə görə, iyulun 20-si saat 18:00 radələrində Salyan rayonunun Şorsulu kəndinin ərazisində həmin kəndin sakini Nazim Qasımovun idarə etdiyi “VAZ” markalı avtomobillə, əks istiqamətdə hərəkətdə olan Alçalı kənd sakini Razi Dadaşovun idarə etdiyi “Toyota” markalı avtomobil toqquşub.
Qəza nəticəsində Nazim Qasımov və sərnişinləri – İlkin Qasımov və Elnur Əsədov hadisə yerində, Vüqar Əsədov isə xəstəxanada həyatlarını itiriblər. Sərnişinlərdən Əlifağa Hümmətov, eləcə də Razi Dadaşovun azyaşlı oğlu da xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
"Baş Dövlət yol Polisi İdarəsi yüksək sürət və manevretmə qaydalarının pozulması səbəbindən baş verməsi ehtimal olunan sözügedən hadisə ilə əlaqədar bir daha sürücülərə müraciət edərək, onları yayımlanan faciəli faktlara biganə qalmamağa, təhlükəsizlik qaydalarına, verilən tövsiyələrə qeyd-şərtsiz əməl etməyə çağırır", məlumatda deyilir.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:44 / 21.07.2026
Salyanda dörd nəfərin öldüyü qəzanın TƏFƏRRÜATI – VİDEO
Hazırda oxunan: Salyanda dörd nəfərin öldüyü qəzanın TƏFƏRRÜATI – VİDEO
Hazırda oxunan: Salyanda dörd nəfərin öldüyü qəzanın TƏFƏRRÜATI – VİDEO
626548
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































