Bu il Bakıda törədilən cinayətlərin SAYI AÇIQLANDI

Hazırda oxunan: Bu il Bakıda törədilən cinayətlərin SAYI AÇIQLANDI

625716

Bakı şəhərinin ərazisində prokurorluq və daxili işlər orqanları üzrə 2026-cı ilin birinci yarım ilində cəmi 6909 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğu orqanlarının cari ilin birinci yarımilinə həsr olunmuş geniş əməliyyat müşavirəsində məlumat verilib.

Bildirilib ki, onların 93,2 %-nin açılması təmin olunub.

Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində 2026-cı ilin birinci yarımilində paytaxt ərazisində törədilən qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin hamısının açılması təmin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin