Qubada FACİƏ – 23 yaşlı hamilə qadın antibiotik sınağından sonra HƏYATINI İTİRİB - ÖZƏL

Hazırda oxunan: Qubada FACİƏ – 23 yaşlı hamilə qadın antibiotik sınağından sonra HƏYATINI İTİRİB - ÖZƏL

625600

Qubada 23 yaşlı beş aylıq hamilə qadın antibiotikə qarşı aparılan sınaq (prob) zamanı anafilaktik şoka düşərək həyatını itirib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun İqrığ kəndində baş verib.

Kənd sakini, 23 yaşlı Səbinə Feyzulla qızı Əmrahovaya ev şəraitində antibiotikə qarşı prob vurulduqdan sonra onda anafilaktik şok başlayıb.

Gənc qadın dərhal Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, o, reanimasiya şöbəsində vəfat edib.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin