Bu ilin birinci yarısında pensiya ödənişlərinə ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz (368 milyon manat) çox - ümumilikdə 3 milyard 916 milyon manat vəsait xərclənib.
Dövlət Sosial Müdafiə Fondundan (DSMF) Bizim.Media-ya verilən məlumata görə, ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb.
İyulun 1-nə olan göstəricilərə əsasən, orta aylıq pensiyanın məbləği ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 594 manata, yaşa görə orta aylıq pensiya isə 632 manata çatıb.
Həmçinin cari ilin ilk yarısında 23 min pensiya e-sistem üzərindən proaktiv qaydada təyin edilib. Elektron təyinatın tətbiq olunduğu 2019-cu ildən bəri bu xidmətdən yararlananların sayı 201 minə çatıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:44 / 14.07.2026
Pensiya ödənişlərinə nə qədər vəsait yönəldilib?
Hazırda oxunan: Pensiya ödənişlərinə nə qədər vəsait yönəldilib?
Hazırda oxunan: Pensiya ödənişlərinə nə qədər vəsait yönəldilib?
625189
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































