Bu il bəzi ixtisaslar üzrə keçid ballarının enəcəyi ehtimal olunur.
Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, təhsil ekspertlərinin ilkin qiymətləndirməsinə görə, ən əlverişli vəziyyət II ixtisas qrupunda müşahidə olunur.
Ekspertlər hesab edirlər ki, bu qrup üzrə plan yerləri ilə nəticələr arasında balans qorunduğundan keçid ballarının artırılması dəyişiklik gözlənilmir.
Təhsil eksperti Afərim Seyidovanın sözlərinə görə, bu il ən yüksək rəqabət I və III ixtisas qruplarında gözlənilir. Yüksək bal toplayan abituriyentlərin sayının çox olması bəzi populyar ixtisaslarda keçid ballarının artmasına səbəb ola bilər.
Bu səbəbdən həmin qruplar üzrə ixtisas seçimi edəcək abituriyentlər seçimlərini daha diqqətlə etməlidirlər. Əks halda, yüksək bal toplasalar belə, istədikləri ixtisasa qəbul olmaqda çətinlik çəkə bilərlər.
Onun sözlərinə görə, V ixtisas qrupu üzrə seçim edəcək abituriyentlər ötən ilin keçid ballarını əsas meyar kimi götürməməlidirlər. Ekspert bildirir ki, bu il bəzi ixtisaslarda müsabiqə vəziyyəti fərqli ola biləcəyindən seçim zamanı cari ilin rəqabət səviyyəsi nəzərə alınmalıdır.
Bizim.media



































































































