Həftəsonuna doğru Yerdə güclü maqnit fırtınası gözlənilir.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının (REA) Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının və REA Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun alimləri məlumat veriblər.
Onların müşahidələrinə əsasən, şənbə günü, iyulun 4-ü Yerdə G1,7 səviyyəli maqnit fırtınası ilə başlayacaq. Planetar Kp indeksi doqquzballıq şkala üzrə 5,7 bəndə çatacaq ki, bu da aktivliyin qırmızı səviyyəsinə uyğundur.
2026-cı il iyulun 3-ü səhər saatlarında alimlər Günəşdə iki partlayış qeydə alıblar. Onlardan biri "M" sinfinə aid olub və öz gücünə görə orta səviyyəli hesab edilsə də, Yer kürəsinin gündüz tərəfində radio maneələrə yol açmağa və maqnit fırtınasının yaranmasına səbəb ola bilər.
Mütəxəssislərin proqnozlarına görə, meteoşərait Bakı vaxtı ilə saat 19:00-dan sonra sabitləşməyə başlayacaq, lakin iyulun 6-na doğru yeni fırtınası gözlənilir.
Bizim.Media
































































































