Müdafiə Nazirliyində yeni obyektlər istifadəyə verilib -FOTO

Hazırda oxunan: Müdafiə Nazirliyində yeni obyektlər istifadəyə verilib -FOTO

621722

AzərbaycanRespublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində şəxsi heyətin xidməti və sosial-məişətşəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər uğurladavam etdirilir.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyininmətbuat xidmətindən məlumat verilib.
 

Bildirilib ki, 26 İyun - Silahlı Qüvvələr Günündə MüdafiəNazirliyinin rəhbər heyəti yeni istifadəyə verilən idman zalında və Baş KlinikHospitalda təcili tibbi yardım bölməsində yaradılan şəraitlə tanış olub.


Müdafiənaziri general-polkovnik Zakir Həsənova məruzə edilibki, müasir tələblərə cavab verən idman zalı hərbi qulluqçuların fizikihazırlığının və dözümlülüyünün yüksəldilməsi üçün zəruri olan bütün alət vəavadanlıqlarla təchiz olunub.

Sonra Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Təcili tibbiyardım bölməsində olan rəhbər heyətə yeni istifadəyə verilmiş təcili tibbiyardım avtomobilləri və bölmədə olan tibbi avadanlıqlar barədə məlumat verilib.

Qeyd edilibki, bu avtomobillər təxliyə olunan hərbiqulluqçulara ilkin tibbi yardımın göstərilməsi üçün ən müasir avadanlıqlarlatəmin edilib.

Bu da hərbçilərə göstərilən təcili və təxirəsalınmaz tibbiyardımın keyfiyyətinin artırılmasına xidmət edir.


















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin