Lənkəranda dağlıq ərazidə itkin düşən 8 nəfər xilas edilib

Hazırda oxunan: Lənkəranda dağlıq ərazidə itkin düşən 8 nəfər xilas edilib

621654

Lənkəran rayonunun İstisu qəsəbəsində mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə itkin düşən vətəndaşlar xilas edilib.

Bizim.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin məlumatına görə, Nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
 

Xilasedicilər tərəfindən aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində çətin keçidli dağlıq-meşəlik ərazidə yolunu azaraq itkin düşən 8 nəfərin yeri müəyyən edilərək xilas olunub.


Qeyd edək ki, axtarışlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli kənd sakinləri də cəlb olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin