Ötən həftə nə qədər ərazi minalardan təmizlənib?

Hazırda oxunan: Ötən həftə nə qədər ərazi minalardan təmizlənib?

619554

Azad edilmiş ərazilərdə iyunun 8-dən 15-dək aparılan humanitar minatəmizləmə əməliyyatları zamanı 22 tank əleyhinə mina, 29 piyada əleyhinə mina və 497 partlamamış hərbi sursat (PHS) aşkarlanaraq zərərsizləşdirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) həftəlik məlumatında bildirilib.

Hesabat dövründə ümumilikdə 1668,8 hektar ərazi mina və partlayıcı qalıqlardan təmizlənib.

Qeyd olunub ki, minatəmizləmə işləri ANAMA ilə yanaşı, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət tərəfindən həyata keçirilib.

Əməliyyatlar Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını, həmçinin Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərini əhatə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin