Dursun Həsənov vəfat etdi - FOTO

Hazırda oxunan: Dursun Həsənov vəfat etdi - FOTO

618810

Azərbaycanın Gürcüstandakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənov vəfat edib.

Bizim.Media xəbər verir ki, o, Bakıda, yaşadığı evdə dünyasını dəyişib.

Mərhum iyunun 13-də Bakı şəhərində dəfn olunacaq.

Qeyd edək ki, Dursun Həsənov əslən Marneuli rayonunun Algeti inzibati ərazi vahidliyindəndir. O, Gürcüstan SSR-in dövlət və partiya xadimi, Ali Sovetin deputatı Ayvaz Dursun oğlu Həsənovun oğludur. 
 

Həmçinin Dursun Həsənov hazırda Azərbaycan Respublikasının İspaniya Krallığı və Andorra Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənovun qardaşıdır.


Dursun Həsənov 1993-cü ildən etibarən Azərbaycanın diplomatik nümayəndəliklərində fəaliyyət göstərib. O, 2017–2020-ci illərdə Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. 

Allah rəhmət eləsin!


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin