Sabah 33 dərəcə isti olacaq

Hazırda oxunan: Sabah 33 dərəcə isti olacaq

618409

Azərbaycanda iyunun 11-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 

Şimal-şərq küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 18-21°, gündüz 29-33° isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz təşkil edəcək.


Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 18-21°, gündüz 28-33° isti, dağlarda gecə 8-13°, gündüz 17-22, bəzi yerlərdə 25-28° isti olacağı ehtimal edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin