Futbol üzrə İran milli komandasının və "Persepolis" klubunun keçmiş ulduzu Əli Kəriminin İrandakı aktivlərinin və mülklərinin daha bir hissəsi dövlət nəfinə müsadirə olunub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyamı "Mizan" agentliyi yayıb.
"Asiya Maradonası" ləqəbli 47 yaşlı keçmiş futbolçunun əmlakının hədəf alınmasına səbəb onun ölkədəki mövcud rejimə qarşı kəskin müxalif mövqeyidir.
Belə ki, Əli Kərimi 2022-ci ildə Məhsa Əminin ölümündən sonra İranda başlayan kütləvi xalq etirazlarını fəal şəkildə dəstəkləyən və sosial şəbəkələr vasitəsilə nümayişlərə çağırış edən əsas fiqurlardan biridir.
İran prokurorluğu tərəfindən idmançıya qarşı "milli təhlükəsizliyə qarşı qəsd", "iğtişaşları qızışdırmaq" və "sistemin əleyhinə təbliğat" ittihamları ilə cinayət işi açılıb. Hazırda mühacirətdə (ölkə xaricində) yaşayan Əli Kəriminin Tehranın elit Lavasan rayonundakı çoxmilyonluq lüks villası, bir neçə daşınmaz əmlakı və bank hesablarındakı vəsaitləri rəsmi olaraq möhürlənərək müsadirə edilib.
Bizim.Media






































































































