Kəlbəcərdə FACİƏ: Əsgər yoldaşını xilas etdi, özü həlak oldu – FOTO

Hazırda oxunan: Kəlbəcərdə FACİƏ: Əsgər yoldaşını xilas etdi, özü həlak oldu – FOTO

617548

Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun hərbçisi həlak olub.

Bizim.Media Oxu.az-a istinadla xəbər verir ki, gizir Rəcəb Mənsimli xidmət zamanı baş verən hadisə nəticəsində həyatını itirib.
 

İlkin məlumata əsasən, hadisə Kəlbəcərdə yerləşən Ömər aşırımı istiqamətində qeydə alınıb. Bildirilir ki, R.Mənsimli aşırımda yıxılan əsgərə kömək etmək üçün gedib, həmin əsgər xilas edilib, özü isə həyatını itirib.


Gizir Rəcəb Mənsimli bu gün Yardımlı rayonunun Zevin kəndində torpağa tapşırılıb. Onun ailəli olduğu bildirilir, övladı olmayıb.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlanıb.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin