Ev şəraitində müəyyən təbii üsullardan istifadə etməklə daxili temperaturu 7 dərəcəyə qədər azaltmaq mümkündür.
Bizim.Media “The Times of India”ya istinadən xəbər verir ki, geniş yarpaqlı bitkilər və düzgün seçilmiş yaşıl bitki örtüyü havaya rütubət buraxaraq təbii soyutma effekti yaradır.
Bu proses bitkilərin yarpaqları vasitəsilə suyun buxarlanması nəticəsində baş verir və ətraf mühitin istiliyini azaldır. Araşdırmalarda qeyd olunur ki, xüsusilə balkon və yaşayış sahələrində yaradılan “yaşıl zona” beton səthlərin yaratdığı istiliyi azaldaraq evin ümumi temperaturuna təsir göstərə bilər.
Mütəxəssislərin fikrincə, şəhər mühitində artan betonlaşma “kənd istilik adası” effektini gücləndirir və bu da yay aylarında evlərin daha çox qızmasına səbəb olur.
Bununla belə, qeyd edilir ki, bu üsullar tam olaraq kondisioneri əvəz etmir, lakin onun yükünü azaldaraq daha komfortlu mühit yarada bilər. Göstərilən temperatur azalması isə balkonun ölçüsü, bitki sıxlığı və günəşə məruz qalma dərəcəsindən asılı olaraq dəyişir.
Xədicə Paşayeva, Bizim.Media



































































































