Azərbaycanda neçə uşaq himayədar ailələrə verilib? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Azərbaycanda neçə uşaq himayədar ailələrə verilib? – RƏSMİ AÇIQLAMA

617380

Son illərdə “himayədar ailə”lərin sayı artıb. Nəzərə alaq ki, bu proses həm uşaqların ailə mühitində böyüməsinə, həm də valideynlik missiyasını yerinə yetirmək istəyən insanlara fürsət yaradır.

Bəs ölkəmizdə “himayədar ailə”lərin sayı nə qədərdir?
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda övladlığa uşaq götürən subay şəxslərin SAYI


Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 2023-cü ildən bəri 78 uşaq himayədar ailələrə verilib:

“Himayədar ailələrə verilən uşaqlardan 34-ü oğlan, 44-ü qızdır.

Himayəyə verilən 78 uşaqdan 41-i hazırda Bakı şəhərində, 4-ü Abşeronda, 33-ü rayonlardakı (Ağcabədidə 1, Astarada 1, Biləsuvarda 1, Cəlilabadda 1, Gəncədə 4, Göyçayda 1, Göygöldə 3, Xaçmazda 3, Lənkəranda 4, Şamaxıda 1, Şəkidə 1, Şəmkirdə 4, Zaqatalada 1, Oğuzda 3, İmişlidə 2, Mingəçevirdə 1, Zərdabda 1 ailə) ailələrdə yaşayır.

Dövlət tərəfindən himayədar ailələr müvafiq sosial dəstək tədbirləri ilə də əhatə olunurlar. Belə ki, himayəyə götürülən 6 yaşadək uşağa görə aylıq 355 manat, 7-13 yaş arası uşağa görə 375 manat, 14-18 yaş arası uşağa görə isə 395 manat müavinət ödənilir. Əlilliyi olan uşaqlar üçün bu məbləğlər yaş qruplarına uyğun olaraq müvafiq şəkildə 500, 600 və 650 manat təşkil edir.  

Bununla yanaşı, himayədar ailəyə verilmiş uşaqların mövsümi geyimlə təmin olunması məqsədilə ailələrə hər rübdə bir dəfə, hər uşaq üçün 200 manat məbləğində birdəfəlik müavinət verilir”.


Qeyd edək ki, ölkəmizdə 2023-cü ildən tətbiq olunan “Himayədar ailə” qayğı modeli uşaqların ailə mühitində böyüməsini və cəmiyyətə inteqrasiyasını dəstəkləyən mühüm mexanizmlərdən biridir.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin