Dayısının yoldaşını öldürməklə şübhəli bilinən yeniyetmə SAXLANILDI

Hazırda oxunan: Dayısının yoldaşını öldürməklə şübhəli bilinən yeniyetmə SAXLANILDI

617089

Cəlilabad rayonunda ağır cinayət hadisəsi ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun Məhəmməd Hadi küçəsində dayısının həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Xatırladaq ki, bu gün 2011-ci il təvəllüdlü Əzizov Anarın 1999-cu il təvəllüdlü Cəfərova Səidəyə xəsarətlər yetirməsi nəticəsində qadın hadisə yerində həyatını itirib.
 

Hadisə ilə bağlı ilkin olaraq ağır cinayət faktı qeydə alınıb. Şübhəli şəxsin saxlanılması istiqamətində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində onun yeri müəyyən edilərək polis tərəfindən tutulduğu bildirilir.


Faktla bağlı istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin