Tələbə adı qazanmış məhkumların sayı AÇIQLANDI

Hazırda oxunan: Tələbə adı qazanmış məhkumların sayı AÇIQLANDI

616025

Hazırda 18 cəzaçəkmə müəssisəsinin nəzdində 8 peşə məktəbi fəaliyyət göstərir.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub.

Məlumata görə, 2025-2026-cı tədris ili üzrə tələbə qəbulu zamanı 1340 plan yerinə 1254 nəfər məhkum qəbul olunub.
 

Qeyd edək ki, bu sahədə sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı” təsdiq edilib.


Həmin sənəd çərçivəsində peşə məktəblərinin infrastrukturunun yenilənməsi, pedaqoji heyətin gücləndirilməsi, məhkumların əmək bazarına inteqrasiyasını dəstəkləyən informasiya sisteminin yaradılması, habelə sahibkarlarla əməkdaşlıq mexanizmlərinin formalaşdırılması nəzərdə tutulur. (trend.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin