Komitə sədri şöbə müdirini İŞDƏN ÇIXARDI

Hazırda oxunan: Komitə sədri şöbə müdirini İŞDƏN ÇIXARDI

615847

Dövlət Statistika Komitəsinin (DSK) daha bir şöbə müdiri vəzifəsindən azad olunub.

Bizim.Media xəbər verir ki, bu barədə komitə sədri Azər Mursaqulov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, DSK-nin Maliyyə və təsərrüfat şöbəsinin müdiri Kuzina Tatyana Vladimirovna işdən çıxarılıb. Onun yerinə hələlik yeni təyinat olmayıb.

Bununla da qurumda müdir vəzifəsi boş olan şöbələrin sayı ikiyə çatıb. Bunlar Beynəlxalq əlaqələr və Maliyyə və təsərrüfat şöbələridir.

Qeyd edək ki, bundan əvvəl Dövlət Statistika Komitəsinin Rejim və məxfi kargüzarlıq şöbəsinin müdiri Sədi Məmmədov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev vəzifədən azad ediliblər.

F.Əliyev qurumun Rejim və məxfi kargüzarlıq şöbəsinin müdiri postuna keçirilib. ("Yeni Sabah")

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin