Maşını alovlar içində avtoyuma məntəqəsinə çatdırdı — VİDEO

Hazırda oxunan: Maşını alovlar içində avtoyuma məntəqəsinə çatdırdı — VİDEO

615702

Ötən gün Cəlilabadda ot bağlaması yüklənmiş yük avtomobilində yanğın baş verib.

Bizim.Media “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarazəncir kəndində qeydə alınıb.

Hərəkətdə avtomobilin yük hissəsindəki ot bağlamaları qəfil alışmağa başlayıb. Yanğını görən sürücü avtomobili yaxınlıqdakı avtoyuma məntəqəsinə sürərək su vasitəsilə alovun qarşısını almağa çalışıb.

Qeyd edək ki, yanğın zamanı avtomobilin bir hissəsi yararsız hala düşsə də, sürücü kabinası və mühərrikxanasını qorumaq mümkün olub.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının başvermə səbəbləri araşdırılır.

Hadisə anından görüntüləri təqdim edirik:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin