Qusarın İcra başçısı bu dəfə tələbələrlə görüşdü - FOTOLAR

Hazırda oxunan: Qusarın İcra başçısı bu dəfə tələbələrlə görüşdü - FOTOLAR

615614

Dövlətin gənclər siyasətinin əsas istiqamətlərindən biri gənclərin əmək bazarının tələblərinə uyğun peşə və ixtisaslara yiyələnməsi, müasir bilik və bacarıqlara malik ixtisaslı kadr kimi formalaşmasıdır. Bu istiqamətdə peşə təhsili müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır.

Bizim.Media xəbər verir ki, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov mayın 25-də Qusar Peşə Liseyində tələbələrlə görüşüb, təhsil müəssisəsinin fəaliyyəti ilə yerində tanış olub, tələbələrin əl işlərindən ibarət sərgiyə baxış keçirib, ardınca tədris otaqlarına, idman və akt zalına baxış keçirib.

İcra başçısına təhsil müəssisəsində tədris prosesinin təşkili, mövcud ixtisaslar, tələbələrin nəzəri və praktiki hazırlığı barədə ətraflı məlumat verilib.

Liseyin akt zalında davam etdirilən görüşdə Ümummilli Lider Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov qeyd edib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti gənc nəslin hərtərəfli inkişafına geniş imkanlar açır.
 

İcra başçısı çıxışında peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılmasının vacibliyini vurğulayaraq bildirib ki, gənclərin müasir bilik və bacarıqlara yiyələnməsi onların gələcəkdə rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşmasına şərait yaradır.


Rayon rəhbəri liseydə tədrisin təşkili səviyyəsini, tələbələrin praktiki hazırlığını yüksək qiymətləndirərək liseyin rayonda peşə ixtisaslı kadrların hazırlanması, əmək bazarının tələblərinə uyğun ixtisaslı işçi qüvvəsinin formalaşdırılması, gənclərin məşğulluğunun təmin edilməsində mühüm rola malik olduğunu diqqətə çatdırıb.

İcra başçısı tələbələrlə səmimi söhbət edərək onların təhsil aldıqları ixtisaslar, həmin ixtisaslarla bağlı gələcək planları ilə maraqlanıb, tələbələrin suallarını cavablandırıb.






















Aytəkin Alxaslı,Bizim.Media,Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin