Ukrayna Prezidenti Volodimir Zelenski hakim “Xalqın xidmətçisi” partiyasından olan Ali Rada deputatları ilə görüşdə Rusiya ilə münaqişənin bu ilin noyabr ayına qədər başa çata biləcəyini bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə ukraynalı deputat Yaroslav Jeleznyak özünün teleqram kanalında yazıb.
Bununla belə, parlamentari prezidentin sözlərinin doğruluğuna şübhə ilə yanaşıb.
Onun sözlərinə görə, Ukrayna lideri deputatlarla keçirilən hər görüşdə oxşar açıqlamalar səsləndirib.
“Deputatlarla görüşdə prezident növbəti dəfə müharibənin nəzəri baxımdan başa çatacağı yeni tarixi açıqladı. Bu dəfə söhbət 2026-cı ilin noyabrından gedir... Lakin görüş iştirakçıları belə buna çox inanmadılar, təəssüf ki”, – deyə Jeleznyak bildirib.
O həmçinin qeyd edib ki, görüş formal xarakter daşıyıb. Deputatın sözlərinə görə, dövlət başçısı və hakim partiya nümayəndələri keçmiş prezident ofisi rəhbərinin iştirakı ilə bağlı korrupsiya qalmaqalı da daxil olmaqla, heç bir mühüm məsələni müzakirə etməyiblər.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
08:34 / 26.05.2026
Zelenski elan etdi: Müharibə bu tarixdə başa çatacaq!
Hazırda oxunan: Zelenski elan etdi: Müharibə bu tarixdə başa çatacaq!
Hazırda oxunan: Zelenski elan etdi: Müharibə bu tarixdə başa çatacaq!
615414
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































