Kürdəmirdə iki elti arasında düşən dava azyaşlının yaralanması ilə nəticələnib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Mürtülü kəndində qeydə alınıb.
Belə ki, kənd sakinləri olan eltilər arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb.
Mübahisə zamanı qadınlardan biri bıçağa əl atıb. Bu vaxt bıçaq yaxınlıqda olan 2019-cu il təvəllüdlü Nuray Mehman qızı Cəbrayılovanın çənə nahiyəsinə dəyib.
Bıçaq xəsarəti alan azyaşlı dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu

- A-
- A
- A+
Cəmiyyət
10:27 / 24.05.2026
Kürdəmirdə eltilərin davası qanlı bitdi: 7 yaşlı qız bıçaq xəsarəti aldı
Hazırda oxunan: Kürdəmirdə eltilərin davası qanlı bitdi: 7 yaşlı qız bıçaq xəsarəti aldı
Hazırda oxunan: Kürdəmirdə eltilərin davası qanlı bitdi: 7 yaşlı qız bıçaq xəsarəti aldı
615077
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































