Vətəndaş 100 kvadratmetr mənzil aldığını düşünsə də, sonradan faktiki sahənin daha az olduğu ortaya çıxır.
Bizim.Media “xezerxeber.az”a istinadla xəbər verir ki, əsas narazılıq isə mənzillərin sahəsinin hesablanması zamanı bəzi tikinti şirkətlərinin əlavə sahələri də ümumi kvadratmetrə daxil etməsi ilə bağlıdır.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, mənzillərin sahəsinin hesablanması Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsində ətraflı şəkildə müəyyən olunub.
Ekspert bildirir ki, bəzi tikinti şirkətləri normativ tələbləri pozaraq mənzilin sahəsini çöl divardan hesablamaqla olduğundan artıq göstərirlər. Bu isə vətəndaşın maddi zərərə düşməsi ilə nəticələnir.
Ramil Osmanlı hesab edir ki, bu kimi halların qarşısının alınması üçün tikinti sektorunda nəzarət mexanizmləri daha da gücləndirilməlidir. Vətəndaşlara isə mənzil alarkən müqavilədə göstərilən sahəni texniki sənədlərlə müqayisə etmək, zərurət yaranarsa məsələni hüquqi qaydada mübahisələndirmək tövsiyə olunur.
Bizim.Media







































































































