Orqanizm üçün ən faydalı içki hansıdır?

Hazırda oxunan: Orqanizm üçün ən faydalı içki hansıdır?

614831

Orqanizmin sağlam fəaliyyəti üçün su ən vacib maye hesab olunur. Su həm həzmi yaxşılaşdırır, həm də mədənin normal işləməsinə kömək edir.

Bizim.Media xəbər verir ki, bəzi süd məhsulları və ayran da mədə üçün faydalı ola bilər.

Xüsusilə yay aylarında istifadə olunan ağartı məhsulları bağırsaq fəaliyyətinə müsbət təsir göstərir və orqanizmi müəyyən qədər rahatlaşdırır.
 

Bununla yanaşı, həkimlər həddindən artıq yağlı və turş süd məhsullarının bəzi insanlarda köp, turşuluq və mədə narahatlığı yarada biləcəyini deyirlər. Bu səbəbdən istifadə zamanı ölçüyə diqqət yetirilməsi tövsiyə olunur.


Mütəxəssislər vurğulayırlar ki, gündəlik maye ehtiyacının əsas hissəsi sudan qarşılanmalıdır. Onların fikrincə, su həm mədə, həm də ümumi bədən sağlamlığı üçün ən faydalı seçim olaraq qalır. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin