Ali Məhkəməyə yeni hakimlər təyin olunur.
Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Ali Məhkəmə hakimlərinin təyin edilməsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Məmməd oğlu Qarayev vəzifəsindən azad edilərək Azərbaycan Ali Məhkəməsinə hakim təyin olunacaq.
Bundan başqa, Xankəndi Şəhər Məhkəməsinin sədri İlkin Qismət oğlu Abdullayevin vəzifəsinin dəyişdirilərək Azərbaycan Ali Məhkəməsinin hakimi təyin edilməsi planlaşdırılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:54 / 22.05.2026
Ali Məhkəməyə yeni hakimlər təyin olunur
Hazırda oxunan: Ali Məhkəməyə yeni hakimlər təyin olunur
Hazırda oxunan: Ali Məhkəməyə yeni hakimlər təyin olunur
614761
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































