Postmüharibə dövründə zərəsizləşdirilən minaların sayı AÇIQLANDI

Hazırda oxunan: Postmüharibə dövründə zərəsizləşdirilən minaların sayı AÇIQLANDI

614719

"İşğaldan azad olunmuş torpaqlarda 11660m² ərazi minalarla partlayıcı vasitələrlə çirklənib".

Bizim.Media xəbər verir ki, bu sözləri Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən “Münaqişədən Sonra Şəhər Yenidənqurması: Humanitar Mina Təmizləmə Fəaliyyətinin Kritik Rolu” tədbirində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.
 

"Təxminlə 1 milyon minanın olması tikinti və yenidənqurma işlərimə maneə olur. Neçə insan bu minannın qurbanı olub. 2020-ci il Vətən müharibəsindən sonra 270 min hektar ərazi minalardan təmizlənib, 250 mindən çox mina müəyyənləşdirilib. Mina üçün xərclənən pulların 96 faizi Azərbaycan büdcəsindəm qarşılanıb".


Sədr bildirib ki, minalar təmizlənmədən yenidənqurma işləri aparıla bilməz.

"Minalardan təmizlənmə infrastukturun, nəqliyyat şəbəkələrinin, kənd təsərrüfatı fəaliyyətinin vaxtında qurulması üçün mühümdür. Son vaxtlar Azərbaycan humanitar minatəmizləmə fəaliyyətləri çərçivəsində müxtəlif əməkdaşlıqlar edir. 2020-ci ildən bəri aparılan yenidənqurma və minalardantəmizləmə işləri sayəsində hazırda 33 kənddə 35 min civarında insan yaşayır".

Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin