Qarabağda ağıılı istilik sistemləri belə təşkil olunur – Emin Hüseynovdan AÇIQLAMA

Hazırda oxunan: Qarabağda ağıılı istilik sistemləri belə təşkil olunur – Emin Hüseynovdan AÇIQLAMA

614511

"Bu gün Azərbaycan ən böyük bərpa və geridönüş proqramlarını həyata keçirir".

Bizim.Media xəbər verir ki, bu sözləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən "Böhranın aradan qaldırılması və yenidənqurmanın mərkəzində mənzil təminatı" adlı tədbirdə bildirib.

"Ağdam Xocavənd və Füzuli rayonlarında şəhərlər, kəndlər sıfırdan qurulur. Burada bir prinsipə riayət edirik: öncə mənzillərin qurulması. Biz daha yaxşı ağıllı şəhər sistemləri, texnologiyaya əsaslanan şəhərlər qurmağa çalışırıq. Şəhərlərdə innovativ mərkəzi isitmə sistemindən istifadə edirik ki, bu da yüzlərlə istixananı əvəz edir. Bizim qurduğumuz şəhərlər gələcəyə inamla baxan, dayanıqlı şəhərlərdir".

Nəzrin Mirzəyeva, Vüqar Ağayev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin