Azərbaycan Dəmir Yolları (ADY) Bakıdan Gürcüstana gedəcək qatarları təqdim edib.
Bizim.Media xəbər verir ki, bu barədə görüntülər qurum tərəfindən yayılıb.
Xatırladaq ki, qatarlar yataq tipli vaqonlardan ibarət olacaq. Sərnişinlərə səyahət zamanı komfort, komfort+ və lüks sinifləri üzrə xidmət təqdim olunacaq.
Bakı-Tbilisi-Bakı marşrutu üzrə səyahət tarifləri isə Bakı-Tbilisi: 81 AZN-dən, Yevlax-Tbilisi: 67 AZN-dən, Gəncə-Tbilisi: 62 AZN-dən, Ağstafa-Tbilisi: 57 AZN-dən, Böyük Kəsik-Qardabani: 51 AZN-dən başlayır.
İlkin razılaşmaya əsasən, qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşəcək və növbəti gün saat 08:41-də Tblisiyə çatacaq, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatacaq.
Bizim.Media

































































































