Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində İnformasiya və Sosial Təşəbbüslərə Yardım İctimai Birliyinin təşkilatçılığı ilə "İnklüziv şəhərlər: şəhərsalmada inklüzivliyin təmin edilməsi BMT alətlərindən istifadə" adlı panel müzakirəsi keçirilib.
Tədbir haqqında Bizim.Media-ya açıqlamasında Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli bildirib ki, tədbirdə inklüziv şəhərlərin yaradılması məsələsi müzakirə edilib.
O bildirib ki, xüsusilə, Qarabağ bölgəsindəki təcrübədən digər bölgələrdə də istifadə edilməsi qeyd edilib:
"Tədbirin əsas məqsədi vətəndaşların şəhərsalmada iştirakının təmin olunması məsələsidir. BMT -nin şəhərlərin aşağıdan yuxarıya salınması təşəbbüsünun ölkəmizdə necə həyata keçirilməsi suallarına cavab axtardıq".
Zaur İbrahimli tədbirdə iştirak edən millət vəkilləri və qeyri-hökumət təşkilatları nümayəndələrinin bir sıra təkliflərlə çıxış etdiyini bildirib:
"Əsasən, ictimai müzakirə təcrübəsinin genişləndirilməsi, qanunvericilikdə şəhərsalma və ərazi planlaşdırılması fəaliyyəti ilə bağlı məsuliyyətin müəyyən edilməsi, vahid rəqəmsal platformanın yaradılması, tədqiqatların keçirilməsi və kəndlərin də unudulmayıb, onların da planlaşdırılmasının həyata keçirilməsi təklif edilib".
Günay Şahmar, Vüqar Ağayev, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:06 / 20.05.2026
“Qarabağ təcrübəsi digər bölgələrdə də tətbiq olunmalıdır” – Forumda VACİB MESAJ
Hazırda oxunan: “Qarabağ təcrübəsi digər bölgələrdə də tətbiq olunmalıdır” – Forumda VACİB MESAJ
Hazırda oxunan: “Qarabağ təcrübəsi digər bölgələrdə də tətbiq olunmalıdır” – Forumda VACİB MESAJ
614383
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































