Bakı WUF13 forumuna hazırdır - VİDEO

Hazırda oxunan: Bakı WUF13 forumuna hazırdır - VİDEO

613592

Bakı şəhəri Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına hazırdır.

Bizim.Media xəbər verir ki, bu barədə "WUF13Azerbaijan"ın "X" sosial şəbəkə hesabında məlumat və video paylaşılıb".

"Bakı hazırdır. Hər şey hazırdır. Dünya WUF13-də birləşir. Sabah ideyalar, şəhərlər və icmalar şəhər həyatının gələcəyini formalaşdırmaq üçün Azərbaycanda bir araya gələcəklər", - paylaşımda bildirilib.

Qeyd edək ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək. Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində keçirilir və dayanıqlı şəhərsalma, "ağıllı şəhərlər" və innovativ şəhər həlləri sahəsində beynəlxalq təcrübə mübadiləsinə yönəlib.

 


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin