Gecə bu ərazilərdə işıqlar söndürüləcək

Hazırda oxunan: Gecə bu ərazilərdə işıqlar söndürüləcək

613556

Mayın 17-də Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 110/35/6 kV-luq "ETK-4" yarımstansiyasında ikinci Paylayıcı Qurğuda (PQ) yenidənqurma və təmir-təftiş işləri aparılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar saat 01:00-dan 04:00-dək Binəqədi kəndi və ətrafında yerləşən yeni yaşayış massivləri, Biləcəri qəsəbəsi Məmədoğlular, M.Aslanov, 10 May küçələri, eləcə də DSK yolu adlanan ərazinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

İşlər yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin