Səfir: Çanaqqalada ucaldılan Azərbaycan şəhidləri abidəsi Türkiyə ilə dostluğumuzun əbədiliyinin göstəricisidir

Hazırda oxunan: Səfir: Çanaqqalada ucaldılan Azərbaycan şəhidləri abidəsi Türkiyə ilə dostluğumuzun əbədiliyinin göstəricisidir

613519

Çanaqqalada ucaldılan Azərbaycan şəhidləri abidəsi Azərbaycan - Türkiyə dostluğunun əbədiliyinin göstəricisidir.

Bu barədə azərbaycanlı jurnalistlərə açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib.

O, abidənin ucaldılmasına dair qərarın dövlət başçısı İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində verildiyini də xatırladıb.

“108 il əvvəl, Türk torpaqlarını qorumaq məqsədi ilə Orta Asiya, Krım və Azərbaycandan gələn türklər canlarını fəda edib. Bunun təkrarını biz 2020-ci ildə Qarabağda gördük. 85 milyonluq türk milləti ayağa qalxdı və Azərbaycan Zəfərini əldə edənə qədər Azərbaycan bayraqlarını yerə qoymadı. Bu gələcək nəsillər üçün gözəl örnəkdir”, - deyə o bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin