Çiyələklərə vurulan bu dərman XƏRÇƏNG yaradır – XƏBƏRDARLIQ

Hazırda oxunan: Çiyələklərə vurulan bu dərman XƏRÇƏNG yaradır – XƏBƏRDARLIQ

613519

Aprelin əvvəlindən etibarən böyük market və bazarlarda çiyələyin satışına başlanılıb. Çoxlarının sevdiyi bu meyvə həm də öz iri və daha qırmızı görüntüsü ilə piştaxtalarda xüsusi diqqət çəkir. Lakin bu görünüşü alması üçün ona xeyli miqdarda dərman vurulduğu bildirilir.

Daha diqqətçəkən məqam isə sözügedən dərmanların orqanizmdə xərçəng riskini artırması haqqındakı söyləntilərdir.

Maraqlıdır, yalnız çiyələyin deyil, bütün növ meyvələrin daha tez böyüməsində istifadə edilən dərmanların orqanizm üçün hansı riskli tərəfləri var?

Bizim.Media-ya açıqlamasında tibb sahəsi üzrə ekspert Rasif Bağırov bildirib ki, nitrat tərkibli bu dərmanlar insan hüceyrələrində dəyişikliyə səbəb olaraq xərçəng xəstəliyi yaradır:

“Adətən bazara vaxtından tez çıxmaq və baha qiymətə satmaq üçün kənd təsərrüfatı ilə məşğul olanların 90 faizi meyvələrin hamısına dərmanlar vurur. Bu dərmanlar da nitrat tərkiblidir. Bu da insan bədənində RNT VƏ DNT - lərə təsir göstərir.
 

Nəticədə bu dərmanlar hüceyrələrin tərkibində mutasiya yaradır. Xərçəng xəstəliklərinin böyük əksəriyyəti isə mutasiya vermiş hüceyrələrdən yaranır. Yəni, həmin dərmanların vasitəsilə xərçəng xəstəliyinin yaranma ehtimalı çoxdur.


Bu gün Azərbaycanda xərçəng xəstəliyinə yoluxmanın sayı çoxdur. Əsas səbəb də kənd təsərrüfatından gələn həmin o tipli qida məhsullarının istehlakıdır”.

Qeyd edək ki, Azərbaycanda son illərdə xərçəng xəstələrinin sayı artıb. Son rəqəmlərə görə, 2024-cü ildə tibb müəssisələrində bədxassəli yenitörəmə diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı 73 875 olub.

Naibə Məmmədova, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin